Rusiya BMT TŞ-nin təcili iclasını çağırdı
Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın BMT-dəki daimi nümayəndəliyi öz teleqram kanalında paylaşıb.
İclas bu gün Bakı vaxtı ilə 19:00-a təyin edilib.
Xatırladaq ki, ABŞ və Böyük Britaniya Yəmənin “Ənsar Allah” (husilər) hərəkatına qarşı əməliyyata başlayıb.