"Hollandiya husilərin mövqelərini vurmaqda kömək edib, özü zərbələr endirməyib" - Hollandiyalı nazir

 12:45 12.01.2024     203

Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot bildirib ki, Hollandiya tərəfi yalnız ABŞ və Böyük Britaniyaya Yəmən husilərinin mövqelərini vurmaqda kömək edib, lakin özü zərbələr endirməyib.

Redaktor.az "Dutch News" portalına istinadən xəbər verir ki, xarici işlər naziri və müdafiə naziri Kaisa Ollonqren deputatlara brifinq zamanı bildirib ki, Hollandiya öz müttəfiqlərinə “əməliyyatsız” xarakterli hərbi yardım göstərir.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.  ABŞ Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər noyabrın ortalarından bəri Qırmızı dənizdə 20-dən çox gəmi və mülki gəmiyə hücum edib.

Bu axşamdan başlayaraq ABŞ Mərkəzi Komandanlığı və Böyük Britaniya qüvvələri Avstraliya, Kanada, Hollandiya və Bəhreynin dəstəyi ilə Qırmızı dənizdə beynəlxalq gəmilərə “qanunsuz və məsuliyyətsiz” hücumları dayandırmaq üçün Yəməndəki husi hədəflərinə zərbələr endirməyə başlayıb.

NƏRGİZ