General saxlanıldı - Qarabağ erməsini yaralayıb
Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini general Tiran Xaçatryan restoranların birində sərxoş halda atəş açıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Shamshyan.com" nəşri yazıb.
Məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb. Xəsarət alan şəxs tibb müəssisəsinə aparılıb. Onun həyatı təhlükədə deyil. Yaralanan şəxsin Qarabağdan gələn erməni olduğu bildirilir.
"ArmLur.am" saytı yazıb ki, Xaçatryan artıq saxlanılıb. Onun İrəvandakı “Jpit” hotelində gizləndiyi qeyd olunur.