"ABŞ-ın hərbi macəraları qlobal təhlükəsizliyə təhdid halına gəlir"

 15:12 12.01.2024     224

ABŞ bütün dünyada hərbi macəraları ilə qlobal təhlükəsizlik üçün real təhlükəyə çevrilir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski özünün Telegram kanalında yazıb.

"Vaşinqtonun BMT mandatı olmadan koalisiyaların "danışıqlı razılaşma" prinsipləri əsasında birləşdirmək, "əncir yarpağı" kimi, guya müdafiə məqsədləri arxasında gizlənməyi bir qaydaya çevrilib. Əslində, bu heç nə deyil. ABŞ-ın aqressiv hegemon siyasətinin davamından və “qanun qüvvəsi”ni “güc qanunu” ilə əvəz etməkdən daha çox bu yalan və aldatmadır. Birləşmiş Ştatlar bütün dünyada hərbi avantüraları ilə qlobal təhlükəsizlik üçün real təhlükəyə çevrilir", - deyə parlamentari yazıb.

Slutski vurğulayıb ki, Yəmənə hücumlar beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır: “Ümid edirəm ki, Amerika-Britaniya koalisiyasının hərəkətləri bu cür qiymətləndiriləcək və nəhayət, Rusiyanın təşəbbüsü ilə bu gün fövqəladə iclas çağırılan BMT Təhlükəsizlik Şurasının qalan üzvləri tərəfindən pislənəcək”, - Dumanın komitə rəhbəri qeyd edib.

Parlamentari hesab edir ki, bombardman regionda və onun hüdudlarından çox-çox kənarda vəziyyətin kəskin şəkildə gərginləşməsi, dinc əhali arasında yeni itkilərlə müşayiət olunur.

NƏRGİZ