ABŞ və Britaniya Qırmızı dənizi “qan dənizinə” çevirməyə çalışır - Ərdoğan
ABŞ və Böyük Britaniya Yəməndəki Husi hədəflərinə hücum etmək üçün qeyri-mütənasib gücdən istifadə edir və Qırmızı dənizi “qan dənizinə” çevirməyə çalışır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu ittihamla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
“Onlar qeyri-mütənasib güc tətbiq ediblər, Qırmızı dənizi qan dənizinə çevirməyə çalışırlar. İsrail Fələstində də eyni şeyi edir”, – Türkiyə lideri jurnalistlərə bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə vəziyyətlə bağlı bir çox kanallardan xəbərlər alır. Onun fikrincə, “Husilər ABŞ-ın gördüyü tədbirlərə uğurla cavab verirlər”.
NƏRGİZ