Fransanın yeni xarici işlər nazirinin ilk səfərləri bu ölkələrə OLACAQ
Fransanın yeni xarici işlər naziri Stefan Sejournet Fransa diplomatiyasının rəhbəri kimi ilk səfərlərini Berlin və Varşavaya etmək niyyətindədir.
Redaktor.az "TASS"a istinadən xəbər verir kiŞ o, bu barədə sələfi Ketrin Kolonnadan səlahiyyət qəbul edərkən bildirib.
"Yaxın günlərdə Veymar üçbucağı çərçivəsində əməkdaşlığı gücləndirmək üçün Berlin və Varşavaya gedəcəyəm", - o qeyd edib.
Sejournet nazir kimi Aİ ölkələri ilə əməkdaşlığı gücləndirməyi özünün prioriteti adlandırıb: “Mən prezidentin həvalə etdiyi missiyaya uyğun olaraq güclü Avropanın bir hissəsi kimi müstəqil Fransanın xeyrinə çalışmaq niyyətindəyəm”, - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.
Yusif EYVAZLI