NASA 2023-ü planetin ən isti ili ADLANDIRDI
Keçən 2023-cü il bütün müşahidələr tarixində planetin ən isti ili olub.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu qənaətə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri gəlib.
"Yer səthinin orta temperaturu 2023-cü ildə rekord həddə çatan ən isti olub. Keçən il orta temperatur təxminən 1,2 dərəcə Selsi olub", - departamentin açıqlamasında deyilir.
2023-cü ilin ən isti ayı, orta temperaturun təxminən 1,4 dərəcə Selsi olduğu iyul idi ki, bu da rekordların başladığı 1880-ci ildən bəri rekord göstəricidir. İyun-dekabr ayları tarixdə hər ay üçün ən isti temperatur qeydə alınıb.
"NASA və Milli Okean və Atmosfer Administrasiyasının qlobal temperaturla bağlı hesabatları milyonlarla insanın son bir ildə yaşadıqlarını təsdiqləyir: biz iqlim böhranı ilə üz-üzəyik", - NASA administratoru Bill Nelson deyib.
Sənəddə qeyd olunur ki, qlobal istiləşmə tendensiyası, alimlərin fikrincə, insan fəaliyyəti, qalıq yanacaq emissiyaları və çirklənmə, eləcə də El Nino iqlim fenomeni və vulkan püskürmələri kimi illik və ya çoxillik təbii hadisələrdən qaynaqlanır.
Yusif EYVAZLI