Qriqoryan Rusiyanı qəzəbləndirəcək səfərə hazırlaşır
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrəyə işgüzar səfərə hazırlaşır.
Redaktor.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qriqoryan yanvarın 14-də İsveçrədə “Ukrayna Sülh Qətnaməsi”nin 4-cü iclasında iştirak edəcək.
Qriqoryanın Ukrayna ilə vağlı tədbirə hazırlaşması Ermənistanın hakimiyyət dairələrində də təəccübə səbəb olub. Erməni siyasi ekspertlər hesab edirlər ki, bu, Ermənistana xüsusi dəxli olmayan hadisədir, ona görə də Rusiya Federasiyasının yenidən narazılığına səbəb olmaq üçün orada iştirak etməyə dəyməz.
Ötən il oktyabrın sonunda Armen Qriqoryan Maltada Ukraynada sülhün bərqərar olmasına dair 3-cü konfransda iştirak edib və bu konfrans çərçivəsində Ukrayna prezidentinin aparat rəhbəri ilə görüşüb. Kreml bunu “anti-Rusiya jesti” kimi qiymətləndirib.