Rusiya “dost olmayan” ölkələrdən müşahidəçi çağırmayacaq

 11:45 13.01.2024     253

Rusiya Mərkəzi Seçki Komissiyası ölkədəki prezident seçkilərini müşahidə etmək üçün digər ölkələrə dəvət göndərib, lakin “dost olmayan” ölkələrdən müşahidəçilərin dəvət edilməməsinə qərar verilib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Pavel Andreev “İzvestiya”ya bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası yalnız öz tərəf müqabillərinə, digər ölkələrin seçki orqanlarına və beynəlxalq ixtisaslaşmış təşkilatlara dəvət göndərir.

Andreyev həmçinin bildirib ki, Mərkəzi Seçki Komissiyası Ümumdünya Seçki Orqanları Assosiasiyasının (WAEO) nümayəndələrini seçkilərə dəvət edib. Eyni zamanda, o vurğulayıb ki, bir çox ölkələr artıq Rusiyaya öz müşahidəçilərinin göndərilməsi məsələsinə maraq göstərir.

Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.