Bayden ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini təsdiqlədi
Amerika Birləşmiş Ştatları Tayvanın müstəqilliyini dəstəkləmir.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden jurnalistlərlə söhbəti zamanı bildirib.
Tayvanda keçirilən son seçkiləri şərh edən Bayden bildirib: “Biz Tayvanın müstəqilliyini dəstəkləmirik”.
Qeyd edək ki, Amerika administrasiyası “Vahid Çin” siyasətini dəstəklədiyini dəfələrlə bəyan edib (report).