Zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib - Türkiyə Milli Müdafiə Nazirliyi

İraqın şimalında və Suriyada son 24 saatda keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ən çətin şəraitdə xain hücumun əvəzini PKK terrorçularına ödəməyə davam edirik. Əməliyyatlarımız qətiyyətlə davam edir", - açıqlamada deyilir.
Xatırladaq ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.