İndoneziyada Merapi vulkanı yenidən püskürdü

 18:00 14.01.2024     185

İndoneziyada Merapi vulkanı yenidən püskürüb.

Redaktor.az-ın “Reuters“-ə istinadən verdiyi xəbərə görə, İndoneziya Geoloji Agentliyi vulkan külünün 1300 metr yüksəkliyə qədər yayıldığını açıqlayıb.

Qərbi Sumatra əyalətində yerləşən vulkan yerli vaxtla saat 03.37 radələrində ən azı iki dəfə püskürüb. İndoneziya Geoloji Agentliyi vulkanın ocağından 4,5 km radiusda əhalinin evakuasiya olunmasına çağırıb.

Eyni zamanda vulkan külü ilə bağlı əhaliyə tibbi maskalardan istifadə məsləhət görülüb.

Qeyd edək ki, keçən ilin dekabrında Merapi vulkanının püskürməsi nəticəsində 20 nəfər ölüb. (apa)