Maldiv Hindistandan hərbçilərini ölkədən çıxarmağı xahiş etdi

 19:28 14.01.2024     158

Maldiv hakimiyyəti Hindistandan bu il martın 15-dək hərbçilərini bu ada ölkəsindən çıxarmağı xahiş edib.

Redaktor.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Maldiv Prezident Administrasiyasının dövlət siyasəti üzrə müşaviri Abdulla Nazim bildirib.

Abdulla Nazim deyib ki, Hindistan hərbçiləri ölkədə qala bilməz: “Prezident Məhəmməd Muizz və hazırkı administrasiyanın qəti mövqeyi belədir”.

Abdulla Nazim nəzərə çatdırıb ki, bu gün iki ölkənin formalaşdırdığı yüksək səviyyəli işçi qrupunun ilk iclası keçirilib və iclasda da bu məsələ müzakirə olunub.