X Frederik Danimarkanın yeni Kralı oldu

 19:41 14.01.2024     203

Əlli iki il hökmranlıq edən Danimarka kraliçası II Marqret taxtdan imtina edib.

Redaktor.az xəbər verir ki, mərasimi “Danmarks Radio” canlı yayımlayıb.

Taxtdan imtina hökumət üzvləri, kraliça, vəliəhd şahzadə və onun oğlu şahzadə Kristian (gələcək XI Kristian) iştirak etdiyi Dövlət Şurasının iclasında baş tutub.

Sənədi imzalamaqla Marqret avtomatik olaraq 55 yaşlı oğlunu vəliəhd şahzadəsi, Danimarkanın yeni monarxı X Frederik edib.

Taxtdan imtina etdikdən sonra Marqrete Kralın müavini - regent vəzifəsini tutub.

Qeyd edək ki, Danimarkada taxt 1660-cı ildən miras qalır. (report).