Ukrayna ordusunun komanda məntəqəsinə "İskəndər" atıldı

 10:10 15.01.2024     195

Rusiyanın operativ-taktiki raket kompleksi “İskəndər” Ukrayna qoşunlarının infrastrukturunu vurub.

Redaktor.az xəbər verir ki, raketin buraxılışının görüntüləri Rusiya Müdafiə Nazirliyi tərəfindən Telegram-da yayımlanıb.

TASS hərbi idarəyə istinadən xəbər verir ki, hücum nəticəsində Ukrayna Silahlı Qüvvələrinin yaxşı kamuflyaj edilmiş komanda məntəqəsi məhv edilib.

"Cəbhə xəttindən məlumatlar - hədəf məhv edilib", - hərbi idarə vurğulayıb. Öz növbəsində “İskəndər” buraxılış aparatının ekipajının rəhbəri qeyd edib ki, buraxılış həmişəki kimi baş tutub. 

NƏRGİZ