Zaxarova Bundesverin Rusiya ilə bağlı “gizli plan”ından danışdı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın “Bild” qəzetinin dərc etdiyi Bundesverin Rusiya ilə mümkün toqquşmaya hazırlaşmaq üçün hazırladığı “gizli plan”ı şübhə altına alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Zaxarova “izvestiya”ya açıqlamasında deyib.
“Bu, “gizli plan” deyil, Xərçəng bürcündə Balıqlar üçün keçən ilki ulduz falıdır. İstisna etmirəm ki, Bundesverin analitik hissəsi Annalena Berbokun rəhbərliyi altında Almaniya Xarici İşlər Nazirliyi tərəfindən təmin edilib”, - diplomat bildirib.
Qeyd edək ki, Almaniyanın “Bild” qəzeti Almaniya ordusunun Ukraynanın Rusiya ilə müharibədə məğlub olması ssenarisi əsasında təlim planı hazırladığı barədə məlumat yayıb.
“NATO ilə Rusiya arasında toqquşma fevralın əvvəlində baş verə bilər. Bu, Putinin necə hərəkət edəcəyini və NATO-nun özünü necə müdafiə edəcəyini addım-addım, aybaay təsvir edən təlim ssenarisidir. Bundesverin ssenarisinə görə, eskalasiya cəmi bir neçə həftədən sonra başlayacaq. Tezliklə döyüşlər başlayacaq, on minlərlə alman əsgəri əməliyyatlara cəlb olunacaq”, - nəşr Almaniya Müdafiə Nazirliyinin məxfi sənədinə istinadla yazır.
Qəzet iddia edir ki, oktyabrda Moskva Kalininqrad vilayətinə qoşun və silah göndərəcək və dekabrda Baltikyanı ölkələrlə sərhəd münaqişəsinin eskalasiyası başlaya bilər.
NƏRGİZ