"Ursula von der Leyenin yenidən AK rəhbəri seçilməsi şübhəlidir"
2024-cü ilin noyabrında səlahiyyət müddəti başa çatacaq Avropa Komissiyasının (AK) rəhbəri Ursula von der Leyenin yenidən seçilməsi sağçı partiyaların populyarlığının artması ilə bağlı şübhə altında ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa nəşri çıxış edib.
Qəzet xatırladır ki, 2019-cu ildə Ursula von der Leyenin namizədliyi Avropayönlü Aİ partiyaları - mühafizəkar Avropa Xalq Partiyası, sosialistlər və liberalların koalisiyası tərəfindən dəstəklənib. Onlar ona lazım olan minimum 374 səsə qarşı yalnız 383 səsin cüzi əksəriyyətini təmin ediblər.
Bu koalisiyadan olan Avropa Parlamentinin fransalı üzvü nəşrə bildirib ki, AK rəhbərinin yenidən seçilməsi ilə bağlı “əsl sürpriz ola bilər”. Onun sözlərinə görə, əgər koalisiya gələcək seçkilərdə çoxluğu əldə etməsə, o zaman von der Leyen mövzusu sadəcə olaraq mövcud olmayacaq.
Həmidə İBRAHİMLİ