"Almaniya Ukraynaya yardım göstərməkdə ABŞ-ı sürətlə əvəz edir"
ABŞ Kiyevə yardım göstərməkdən getdikcə uzaqlaşır və Ukrayna prezidenti Volodimir Zelenski ölkə üçün yeni yardım mənbələri axtarır.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniya üçün Alternativ partiyasından Bundestaqın deputatı Edqar Naujok "Deutschland Kurier" youtube kanalına müsahibəsində bildirib.
“Amerikalılar nəhayət tarixdən çıxırlar. Zelenski dəstəyi haradan əldə edə biləcəyini axtarır”, - deyə o bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Almaniya Ukraynaya yardım göstərməkdə ABŞ-ı sürətlə əvəz edir, Kiyevə hərbi yardım üçün büdcəni 4 milyard avrodan 8 milyard avroya qədər artırır. Naujok vurğulayıb ki, nə vaxtsa Almaniyanın özünə də ehtiyac olacaq. Ölkə artıq inkişaf indeksində 8-ci yerdən 26-cı yerə düşüb.
NƏRGİZ