"QatarEnergy" Qırmızı dəniz vasitəsilə yük daşımalarını dayandırır

 12:27 15.01.2024     203

Qətərin dövlət şirkəti "QatarEnergy" Qırmızı dəniz vasitəsilə mayeləşdirilmiş təbii qazın (LNG) daşınmasını dayandırır.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Şirkət 2023-cü ilin noyabr ayının ortalarından Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən Yəmənin üsyançı Husi Ənsar Allah hərəkatının hərəkətləri səbəbindən “təhlükəsizlik məsləhəti” alana qədər bu marşrutdan istifadə etməmək qərarına gəlib. Agentlik mənbələrinə görə, "QatarEnergy" Qırmızı dənizdən keçidin təhlükəli qalacağı təqdirdə, yüklərini Afrikanın cənubundakı Ümid burnundan keçirəcək. Reuters qeyd edir ki, şirkət LNG istehsalını dayandırmayıb.

Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.  ABŞ Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən il noyabrın ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.

NƏRGİZ