Zəhərli ilan qızı yatağında dişlədi
Avstraliyada dünyanın ən zəhərli ilanlarından biri 20 yaşlı qızı dişləyib və o, xəstəxanaya yerləşdirilib.
Redaktor.az bu barədə "News.com.au"ya istinadən xəbər verir.
Kvinslendli yeniyetmə qız çarpayıda uzanarkən gözə dəyməyən qəhvəyi ilan ona tərəf sürünüb. Sürünən avstraliyalı qızı əlindən dişləyib. Zərərçəkənin ailə üzvləri dərhal təcili yardım çağırıb və tibb işçiləri gələnə qədər dişləyən yerə sarğı vurublar.
Mütəxəssislər vəziyyəti kafi olan qızı xəstəxanaya yerləşdiriblər. Onun antidot tələb etmədiyi qeyd olunur.
Qızı dişləyən torlu qəhvəyi rəngdə olan ilan quru ilanları arasında ikinci ən zəhərli sürünəndir. Bu ilanlar aqressiv davranışları ilə tanınırlar. Onlar adətən qarşıdurmadan qaçmağa çalışırlar, lakin narahat olduqda özlərini şiddətlə müdafiə etməyə başlayırlar.
NƏRGİZ