Peskov NATO ilə müharibə ssenarilərini şərh etməkdən imtina etdi
Kreml rəsmisi Dmitri Peskov Almaniyanın "Bild" nəşrinin NATO ilə Rusiya arasında mümkün hərbi münaqişə ssenariləri ilə bağlı materialını şərh etməkdən imtina edib.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
“Son vaxtlar bu nəşr də müxtəlif “ördəklər” dərc etməkdən çəkinmir”, - prezidentin mətbuat katibi bildirib.
Qeyd edək ki, yanvarın 15-nə keçən gecə “Bild” nəşri Bundesverin məxfi sənədinə istinadən NATO ilə Rusiya arasında mümkün hərbi münaqişənin planlarını açıqlayıb.
Nəşrin məlumatına görə, eskalasiya 2024-cü ilin fevralında Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə qarşı aktiv hücumunun başlaması ilə start götürə bilər. Eyni zamanda jurnalistlər Rusiya ilə Şimali Atlantika Alyansı arasında açıq qarşıdurmanın 2025-ci ilin yayında başlayacağını bildirirlər. Ehtimal olunur ki, toqquşma üçün ən çox ehtimal olunan yer Belarus və Kalininqrad vilayəti arasında Suvalki dəhlizi olacaq.
NƏRGİZ