Quterreş bunu BMT tarixində ən böyük rəqəm ADLANDIRDI

 22:12 15.01.2024     213

Fələstin-İsrail münaqişəsinin gərginləşməsi BMT-nin 152 əməkdaşının həyatına son qoyub.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib.

“Şahid olduğumuz beynəlxalq humanitar hüququn açıq-aşkar pozuntularından dərin narahatam. Oktyabrın 7-dən Qəzzada BMT-nin 152 əməkdaşı öldürülüb ki, bu da təşkilatımızın tarixində ən böyük hadisədir”.

Quterreş əlavə edib ki, yardım işçiləri böyük təzyiqlərə baxmayaraq, Qəzzaya yardım çatdırmaq üçün mümkün olan hər şeyi edirlər.

Yusif EYVAZLI