Məşhur teleaparıcı beyin xərçəngi ilə mübarizəsindən danışdı

 10:21 16.01.2024     224

Beyin xərçəngi diaqnozu qoyulan Britaniyanın BBC kanalının aparıcısı Qlenn Kempbell ağır xəstəliklə mübarizəsindən danışıb.

Redaktor.az xəbər verir ki, BBC saytında dərc olunan məqaləsində o, əməliyyatının təfərrüatlarını paylaşıb.

Kempbell beyin şişinin çıxarılması əməliyyatının beş saat davam etdiyini bildirib. Jurnalist əməliyyatdan sonra tez sağaldığını deyib.

Kempbell hazırda kimyaterapiya alır. Jurnalistin sözlərinə görə, müalicənin bu mərhələsi uğurlu olarsa, remissiyaya gedəcək.

O, həkimlər ona bu diaqnozu qoyduqdan sonra xəstəliklə necə mübarizə aparmasından danışıb. Onun sözlərinə görə, daha çox qohumları və dostları ilə vaxt keçirməyə başlayıb. "Mən sadə zövqləri qiymətləndirməyə daha çox vaxt sərf edirəm" deyib. 

Qeyd edək ki, Qlenn Kampbell Britaniya jurnalisti və televiziya aparıcısıdır. 2001-ci ildən "BBC Scotland"da işləyir.

NƏRGİZ