NATO-nun 400-dən çox peyki Rusiyaya qarşı istifadə olunur

 12:33 16.01.2024     170

Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı NATO-nun 400-dən çox peyki Rusiyaya qarşı işləyir. Onlardan yalnız 70-i rəsmi olaraq hərbi, qalanları kommersiya xarakterlidir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski bildirib.

“Bizim üçün NATO ölkələrindən 400-dən çox peyk var ki, onlardan 70-i de-yure hərbi, qalanı isə kommersiya xarakteri daşıyır”.

NƏRGİZ