"ABŞ Ukraynadan müdafiəyə keçməyi istəyəcək"

 12:37 16.01.2024     224

ABŞ rəhbərliyi Ukrayna prezidenti Volodimir Zelenskiyə strategiyasını hücumdan müdafiəyə dəyişməyi tövsiyə edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Bloomberg-in köşə yazarı Andreas Klut məlumat verib.

“Ağ Ev Ukraynanın Rusiyaya qarşı mübarizədə strategiyasını hücumdan müdafiəyə dəyişməsini istəyir”,- deyə köşə yazarı yazıb.

Onun sözlərinə görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan yanvarın 15-dən 19-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində görüş zamanı Ağ Evdən Zelenskiyə bu barədə mesajı çatdıra bilər.

Qeyd edək ki, Zelenski yanvarın 15-də İsveçrəyə səfər edib və yanvarın 16-da forumda çıxışı planlaşdırılıb.

Klutun sözlərinə görə, Zelenski ABŞ və müttəfiqlərinin hərbi yardımının artırılmasında israr edəcək. Müşahidəçinin fikrincə, Ukrayna lideri Kiyevin Rusiya ilə münaqişədə bəyan etdiyi məqsədlərindən uzaq olduğunu başa düşsə də, 2022-ci ildə təklif etdiyi “sülh formulu”na açıq şəkildə riayət etməyə davam edəcək.

Klutun iddiasına görə, Qərb tərəfdaşları Ukraynanı dəstəkləməyə davam etmək həvəsini itiriblər.

NƏRGİZ