Paşinyan hakim partiya daxilində rusiyayönlü blok yaradır? - Badalyandan REAKSİYA

 13:15 16.01.2024     232

Paşinyan hakim partiya daxilində rusiyayönlü blok, daha doğrusu onun illüziyasını yaradır.

Redaktor.az xəbər verir ki, bu barədə bloger Mika Badalyan öz Telegram kanalında yazır.

“Nikol Paşinyan bütün gücünü 2023-cü il ərzində öz əlləri ilə aktiv şəkildə məhv etdiyi Rusiya ilə münasibətləri birtəhər düzəltməyə sərf etməyə davam edir.

“Mülki müqavilə” çərçivəsində Suren Papikyanın rəhbərlik etdiyi rusiyayönlü blokun yaradılması qərara alınıb ki, bu blok Armen Qriqoryanın başçılıq etdiyi radikal rusofob bloka qarşı çəkiyə çevriləcək.

Bütün bunların başqa bir oyun olduğunu başa düşmək vacibdir. Paşinyan hesab edir ki, hakim partiya daxilində Ermənistan-Rusiya münasibətlərini fəal müdafiə edəcək blok yaranarsa, bu, onun Moskva ilə münasibətlərini yaxşılaşdırmağa kömək edəcək.

Bu blef Paşinyana kömək edəcəkmi? Şəxsən mən əminəm ki, yox. O, dəfələrlə hamını aldadıb ki, inam həddini tamam tükədib və onun ucuz hiylələrinə daha heç kim inanmayacaq”,- Badalyan yazır.

NƏRGİZ