Rusiya Ermənistana silahlar göndərdi

 13:33 16.01.2024     267

Rusiya Ermənistana silahlar göndərib.

Redaktor.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə hakim “Mülki Müqavilə” Partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində deyib.

O bildirib ki, silahlar artıq Ermənistana çatdırılıb.

Deputatın sözlərinə görə, hərbi təyinatlı məhsullar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib.

Q.Melkonyan konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb.

Vumart və Güvən reklamı Vumart Güvən