İrəvan-Qoris yolunun bir hissəsi bağlandı
Ermənistanın Yol Departamenti xəbər verir ki, güclü qar fırtınası səbəbindən Yerevan-Qoris yolunun bir hissəsi bağlanıb.
Redaktor.az bu barədə erməni mediasına istinadən xəbər verir.
O cümlədən Noravan kəndindən Qorisə qədər olan hissə bağlıdır. Şinuayr kəndindən İrəvan-Qoris magistralına avtomobillərin hərəkəti də qadağan edilib. Yol bütün növ nəqliyyat vasitələri üçün bağlıdır.
NƏRGİZ