Almaniya Ukrayna-Rusiya arasında sülh əldə etmək üçün lazımi şərtləri AÇIQLADI
Rusiya ilə sülh əldə etmək üçün Ukrayna öz ərazilərindən imtina etməli və NATO-ya daxil olmalıdır.
Redaktor.az xəbər verir ki, bunu "Tagesschau" telekanalına müsahibəsində alman siyasətçisi Sara Vaqenknext deyib.
Vaqenknext vurğulayıb ki, Ukraynanın danışıqlarda mövqeyini yaxşılaşdırmaq üçün silah tədarükünün zəruriliyi ilə bağlı tezislər təsdiqlənməyib, əksinə, vəziyyəti daha da pisləşdirib.
Bundan əvvəl Sara Vaqenknextin partiyası Avropa seçkiləri öncəsi proqram layihəsini təqdim etmişdi. Orada müxalifət Ukraynada atəşkəs və sülh danışıqları prosesinin başlanmasına çağırış edir. Partiya həmçinin Rusiyanı Kiyev tərəfi ilə danışıqlar prosesinə başlamağa sövq etmək üçün Ukraynaya silah tədarükünü dayandırmaq niyyətindədir.
NƏRGİZ