15 avtomobil toqquşdu - Yaralılar var

 16:24 16.01.2024     271

Rusiyanın Samara vilayətində M-5 Ural federal avtomobil yolunda 15 yük maşını və minik avtomobili toqquşub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin prokurorluğu Telegram-da məlumat yayıb.

Yayımlanan kadrlardan məlum olur ki, bir neçə yük maşını və mikroavtobus toqquşub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Prokurorluq araşdırmaya başlayıb.

TASS-ın Mülki Müdafiə, Yanğın Təhlükəsizliyi və Fövqəladə Hallar Mərkəzinə istinadən verdiyi məlumata görə, magistral yolda 12 yük maşını və iki minik avtomobili toqquşub. İki nəfər yaralanıb.

NƏRGİZ

Vumart və Güvən reklamı Vumart Güvən