İran İraq və Suriyaya atılan raketlərin sayını açıqladı
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yanvarın 16-na keçən gecə İraq və Suriyaya endirdiyi zərbələr zamanı 20-dən çox ballistik raket atıb.
Redaktor.az xəbər verir ki, bu barədə bəyanat SEPAH-ın saytında dərc olunub.
İran ordusu əməliyyatın təfərrüatlarını açıqlayıb. Zərbələr terrorçu qrupların Suriyadakı mövqelərinə, həmçinin İraq Kürdüstanında İsrail kəşfiyyatı - MOSSAD obyektlərinə endirilib.
NƏRGİZ