"Qırmızı dənizdəki vəziyyət Avropa iqtisadiyyatını təhdid edir" -

 17:04 16.01.2024     192

Avropa İttifaqı hesab edir ki, Qırmızı dənizdəki vəziyyət potensial olaraq Avropa iqtisadiyyatını təhdid edir, lakin hələlik onun Aİ üçün nəticələri “məhduddur”.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis deyib.

Yəmənin Qırmızı dəniz sahillərinin əksəriyyətinə nəzarət edən hakim Ənsar Allah hərəkatı daha əvvəl İsraillə əlaqəsi olan istənilən gəmiyə hücum etmək niyyəti barədə xəbərdarlıq etmiş, digər ölkələri ekipajlarını geri çağırmağa və onlara yaxınlaşmamağa çağırmışdı. Bundan sonra bir sıra gəmiçilik şirkətləri Qırmızı dəniz vasitəsilə daşımaları dayandırmaq qərarına gəlib.

Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim olan və İranın dəstəklədiyi şiə Ənsar Allah hərəkatının (husilər) hədəflərinə zərbələr endirib və bunu Qırmızı dənizdə naviqasiya azadlığına olan təhlükəyə cavab adlandırıb.

Ənsar Allahın Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi bunu terror barbarlığı və qəsdən, əsassız təcavüz adlandırıb. Husilərin hərbi sözçüsü Yəhya Saria ABŞ və Böyük Britaniyanın Yəmənə 73 zərbə endirdiyini, nəticədə 5 husi döyüşçünün öldürüldüyünü, 6-nın isə yaralandığını bildirib.

NƏRGİZ