Türkiyə ordusu İraq və Suriyada PKK-nın 114 hədəfini məhv edib

 19:34 16.01.2024     228

Türkiyə ordusu İraqın şimalında və Suriyada həyata keçirdiyi əməliyyatlar nəticəsində son 5 gündə PKK terror təşkilatının 114 hədəfini məhv edib.

Redaktor.az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​bildirib.

“Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı şəkildə İraqın şimalında və Suriyada həyata keçirilən hava əməliyyatları nəticəsində son 5 gündə terror təşkilatının 114 hədəfi, o cümlədən 78 terrorçu məhv edilib”, - nazir deyib.

O, PKK-ya qarşı mübarizənin son terrorçu məhv edilənə qədər davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, İraq və Suriyada əməliyyatlar yanvarın 12-də PKK silahlılarının İraqın şimalında Türkiyənin hərbi postuna hücumu nəticəsində 9 əsgərin şəhid olmasından sonra başlayıb.