Hava limanında iki sərnişin təyyarəsi TOQQUŞDU
Yaponiyanın Hokkaydo adasındakı hava limanında "Korean Air" və "Cathay Pacific Airways" şirkətlərinə məxsus iki sərnişin təyyarəsi toqquşub.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Fövqəladə vəziyyət yanvarın 16-da yerli vaxtla saat 17:30 radələrində baş verib. Hər iki təyyarə minmə qapılarında yan-yana dayanıblar. Koreya daşıyıcısının təyyarəsini yedəkləyən avtomobil qarda sürüşüb. Nəticədə, təyyarənin sol qanadı Cathay Pacific-in sağ quyruq qanadını kəsib.
“Korean Air”in göyərtəsində 289 nəfər olub. İkinci təyyarədə sərnişinlərin olması barədə dəqiq məlumat yoxdur. Hadisə nəticəsində xəsarət alan olmadığı məlum olub.
Yusif EYVAZLI