"Atletiko"nun əfsanəvi futbolçusu vəfat etdi

 23:36 16.01.2024     194

"Atletiko"nun sabiq müdafiəçisi Xorxe Qriffa 89 yaşında dünyasını dəyişib. 

Redaktor.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb. 

Argentinalı veteran futbolçu 1959-1969-cu illərdə “Atletiko”da oynayıb. O, komandanın heyətində 247 oyun keçirib və 6 qol vurub. 

Qeyd edək ki, Qriffa 1966-cı ildə "Atletiko" ilə İspaniya  çempionu olub. O, Madrid klubu ilə 3 dəfə İspaniya kubokunun və Kuboklar Kubokunun da qalibi olub. Griffa "Atletiko"  tarixinin ən yaxşı müdafiəçiləri sırasında idi.