NATO Ukraynanı yarıyolda qoyur?

 10:02 17.01.2024     189

NATO ölkələrinin Ukraynanı təchiz etmək üçün kifayət qədər zenit-raket ehtiyatı yoxdur.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Fransa Hərbi Hava Qüvvələrinin istefada olan generalı Patrik Dutartr deyib.

“Yer-hava” tipli raketlər təkcə Ukraynada deyil, bütün Avropada və bütün NATO ölkələrində kifayət deyil”, - o, LCI telekanalında deyib.

Dutartrın qeyd etdiyi kimi, zenit-raket komplekslərinin çatışmazlığı Avropa ölkələrinin Soyuq Müharibə bitdikdən sonra öz hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməmələri ilə əlaqədardır, çünki onlar nüvə qarşısının alınmasına üstünlük verirdilər. Təqaüddə olan fransalı hərbçinin fikrincə, NATO ölkələri Ukraynaya lazımi silahların özünün istehsalını inkişaf etdirməyə kömək etməlidirlər.

Bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat bildirmişdi ki, Ukrayna Hərbi Hava Qüvvələri idarə olunan zenit-raket komplekslərinin ciddi çatışmazlığı ilə üzləşir və hazırkı Qərb tədarüklərinin həcmi onların ehtiyaclarını ödəməyə bilər. 

Bundan əvvəl The New York Times yazır ki, Ukrayna hava hücumundan müdafiə sistemlərinin kəskin çatışmazlığı şəraitində ABŞ-dan onun üçün adına “Frankenstein” və SAM (yerüstü) sözünün daxil olduğu FrankenSAM sistemləri yaratmağı tələb edib. Bu sistemlər Qərb texnologiyasını sovet dövründən qalma hərbi texnika elementləri ilə birləşdirir. Bildirilib ki, bu “hibrid” silah sisteminin iki versiyası artıq ABŞ-da sınaq meydançalarında sınaqdan keçirilib.

NƏRGİZ