Hərbi helikopter qəzaya uğradı - Ölən var

 10:22 17.01.2024     171

Qırğızıstanda Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Sputnik Qırğızıstan Teleqram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Hadisənin Bişkekdə, Dostuk mikrorayonunda baş verdiyi bildirilir.

Qəza nəticəsində 1 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Telekanalın məlumatına görə, təyyarə təlim təyyarəsi olub.

NƏRGİZ