"Fələstin bütün Qəzzanı nəzarətə götürə bilər" - Səfir

 10:47 17.01.2024     165

"Fələstin Administrasiyası İordan çayının qərb sahili və Şərqi Qüdslə birlikdə bütün Qəzzanı nəzarətə götürə bilər".

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın paytaxtında Fələstinin Böyük Britaniyadakı səfiri Husam Zomlot deyib.

Zomlot bildirib ki, fələstinlilər İsrailin anklavı digər Fələstin ərazilərindən ayrı bir qurum kimi qəbul etmək cəhdlərini rədd edəcək və onların birləşməsi üçün münaqişənin bitməsini gözləməyə ehtiyac yoxdur.

Həmidə İBRAHİMLİ