Makron bu silahları Ukraynaya verəcək
Fransa Ukraynaya təxminən 40 SCALP raketi, bir neçə yüz bomba və Sezar özüyeriyən artilleriya qurğusunu təhvil verəcək.
Redaktor.az "Le Monde"yə istinadən xəbər verir ki, bu barədə prezident Emmanuel Makron mətbuat konfransında bildirib.
Həmçinin əlavə edib ki, o, Kiyevlə təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli saziş üzərində işləyir və bu saziş bir neçə həftə ərzində imzalanmalıdır. “Mən özüm fevralda Ukraynaya gedəcəyəm. Mən bu mətnlərin yekunlaşdığını elan edəcəyəm. Haqqında danışdığım mərmilərin tədarükü başlayacaq”, - deyə Makron əlavə edib.
NƏRGİZ