Professor mühazirə zamanı dünyasını dəyişdi
Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının professoru Yuri Vedeneyev mühazirə zamanı dünyasını dəyişib.
Redaktor.az bu barədə “izvestiya”ya istinadən məlumat verir.
"Ölümün ilkin səbəbi kəskin ürək çatışmazlığı olub", - mənbə bildirib.
Qeyd edək ki, bir gün əvvəl, yanvarın 16-da universitetin saytında professorun ölümü ilə bağlı xəbər yayılıb.
Yuri Vedeneyev Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət İdarəçilik Akademiyasının professoru, Ali İqtisadiyyat Məktəbinin professorudur. 2000-2005-ci illərdə Rusiya Mərkəzi Seçki Komissiyası yanında Seçki Texnologiyaları üzrə Rusiya Təlim Mərkəzinə rəhbərlik edib.
Vedeneyev 2005-ci ildə Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasında çalışıb.
NƏRGİZ