"Pakistana hücumları azaldın" - Taliban lideri

 14:03 17.01.2024     215

Əfqanıstanda yerləşən Təhrik-e-Taliban Pakistan (TTP) qruplaşması İslamabada qarşı strategiyasını yumşaltmalı və Pakistan ərazisinə hücumları azaltmalıdır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu “Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadə deyib.

Bu günlərdə Pakistan İslamçı "Camiat Ulema-e-Islam" (İslam Alimləri Assambleyası) partiyasının sədri Mövlana Fəzlur Rəhman Kabilə səfər edib. Onun vasitəsilə Axundzadə Pakistan rəhbərliyinə mesaj çatdırıb.

“Axundzadə bütün müsəlmanların qardaş olduğunu vurğulayıb, Pakistan hakimiyyəti və TTP-ni Kabilin yardım edəcəyini vəd etdiyi dialoq aparmağa çağırdı. Taliban lideri bildirib ki, o, TTP-dən Pakistana qarşı strategiyasını yumşaltmağı və onun ərazisinə hücumları azaltmağı xahiş edib”, – hökumətdəki mənbə məktubun məzmununu belə şərh edib.

Pakistanın Taliban liderinin mesajı ilə kifayətlənmədiyi və bu çağırışın nəticə verməyəcəyinə inandığı qeyd edilir.

Bildirək ki, İran ilk dəfə Pakistana zərbə endirib. "Ceyş əl-Zolm" terror qruplaşmasının qərargahına ballistik raket zərbəsi endirilib.

Pakistan bununla bağlı İrana nota verib.

NƏRGİZ