Finlandiya Ukraynaya 4 milyon avro ayıracaq
Finlandiya Avropa Şurasının Ukrayna üzrə Fəaliyyət Planını dəstəkləməkdə davam edir və 2024-2025-ci illərdə Kiyevə 4 milyon avro ayıracaq.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Departament bildirib ki, Finlandiya dəstəyinin bir hissəsi olaraq əlilliyi olan insanların inteqrasiyasına, gender bərabərliyinə və qadınlara qarşı zorakılıqla mübarizəyə xüsusi diqqət yetirir.
"Struktur islahatlarına dəstək Ukraynanın gələcəyi üçün çox vacibdir. Finlandiyanın bu məsələdə Avropa Şurası ilə əməkdaşlıq etməsi çox vacibdir", - Xarici Ticarət və İnkişaf naziri Ville Tavio bildirib.
Məlumatda deyilir ki, maliyyə əməkdaşlığın inkişafı üçün Xarici İşlər Nazirliyinin büdcəsindən ayrılır.
NƏRGİZ