"Husilər İrandan əmr almırlar" - Abdullahian

 16:25 17.01.2024     188

"Yəmənin şimalında hakim olan şiə Ənsar Allah hərəkatı (Husilər) Tehrandan heç bir əmr və ya göstəriş almır". 

Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian CNBC telekanalına müsahibəsində deyib. 

"Fələstin xalqını müdafiə edən Yəmən xalqı və regionun digər ölkələri öz təcrübələrinə uyğun və öz maraqlarına əsaslanaraq hərəkət edirlər və bizdən heç bir əmr və göstəriş almırlar", - nazir bir daha qeyd edib. 

O, həmçinin Qırmızı dənizdə təhlükəsizliyin İran üçün vacib olduğunu vurğulayıb.

İranın xarici işlər naziri əlavə edib ki, "Bayden və Ağ Evin Netanyahu kimi quldurlarla genişmiqyaslı əməkdaşlığı regionda qeyri-sabitlik yaradır".