Ukrayna Belqorod vilayətində bir kəndi işıqsız qoydu
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Repyaxovka kəndinin yaxınlığını atəşə tutub, elektrik xətti zədələnib, sakinlər işıqsız qalıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, vilayət qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib ki, xəsarət alan olmayıb.
Qubernatorun sözlərinə görə, operativ və fövqəladə xidmətlər Rusiya Müdafiə Nazirliyi ilə razılaşdıqdan sonra nəticələri aradan qaldırmağa başlayacaq.
NƏRGİZ