On yaşlı uşaq köpək balığının hücumuna məruz QALDI
Baham adalarında bir oğlan köpək balığının hücumuna məruz qalıb və ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Hadisə Paradays adasındakı istirahət mərkəzlərindən birində baş verib. Merilend ştatından olan 10 yaşlı uşaq təhlükəsiz mühitdə yırtıcı balıqlara baxmaq imkanı verən qəfəs dalışında iştirak edib. O, suyun altında olarkən qəfildən köpək balığının hücumuna məruz qalıb. Yırtıcı oğlanın sağ ayağını dişləyib.
Zərərçəkən təcili xəstəxanaya yerləşdirilib. Həkimlər ona tibbi yardım göstəriblər. Hazırda yerli xəstəxanada onun vəziyyəti stabildir. Hücumun hansı kurortda baş verdiyi məlum deyil.
Yusif EYVAZLI