Aİ ölkələri Kiyevə daha çox kömək etməlidir - Estoniyanın baş naziri
Estoniyanın baş naziri Kaja Kallas Ukraynanın müttəfiqlərini Kiyevə ÜDM-nin 0,25 faizi həcmində illik ianə verməyə çağırıb.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Estoniyalı siyasətçi qeyd edib ki, NATO-nun bir çox üzvü ÜDM-in iki faizi olan müdafiə xərcləri hədəfinə çatmayıb. Bu baxımdan Aİ ölkələri Kiyevə daha çox kömək etməlidir. Eyni zamanda, Kallas müttəfiqlər arasında münaqişə yorğunluğunu etiraf edərək, ölkələrin qüvvələrini birləşdirəcəyi təqdirdə münaqişənin dönüş nöqtəsinin yaxınlaşacağını vurğulayıb.
Yusif EYVAZLI