Filippində güclü zəlzələ oldu
Filippin sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 300 mindən çox insanın yaşadığı Butuan şəhərindən 109 kilometr cənub-şərqdə olub. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi ilə bağlı məlumat verilməyib.