Qəzzada Hepatit A yayılır

 23:51 17.01.2024     192

Qəzza zolağının Səhiyyə Nazirliyi İsrail-HƏMAS münaqişəsi nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı bölgələrdə sıxlıq və gigiyena şəraitinin pis olması səbəbindən Hepatit A virusunun yayıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Nazirlik məsələ ilə bağlı feysbuk hesabında açıqlama verib.

Nazirlikdən verilən ikinci açıqlamada isə lazımi materialların əldə oluna bilməməsi səbəbindən CBC (tam qan analizi) analizlərinin istənilən vaxt dayandırıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib.