İran Pakistandan izahat tələb edir

 11:15 18.01.2024     190

İran raket zərbələri ilə bağlı Pakistandan izahat tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ölkənin təhlükəsizlik qüvvələrində mənbəyə istinadən “Press TV” yayıb. 

Mənbənin sözlərinə görə, İran ölkənin sərhədyanı yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı Pakistandan dərhal izahat verilməsini istəyib. 

Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Zərbələrin ardınca Pakistan İrana nota verib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Pakistan daha sonra İrandakı səfirini geri çağırıb. Yanvarın 18-i isə Pakistanın Hərbi Hava Qüvvələri İran ərazisinə raket zərbələri endirib.