Təyyarənin salonunda ilan: Sərnişinlər PANİKADA - VİDEO

 11:38 18.01.2024     182

İlan təyyarənin baqaj hissəsindən sürünərək salonda xaosa səbəb olub və videoya düşüb. Uçuşda olan sərnişinlərdən biri bunu TikTok-da yerləşdirib.

Redaktor.az bu barədə CNNnə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, insident "AirAsia Thai" şirkətinin Banqkokdan Phuketə uçan təyyarəsində baş verib. İnternetdə yerləşdirilən görüntülərdə baqaj bölməsinin səthində yavaş-yavaş sürünən kiçik qəhvəyi-ağ sürünən görünür.

Panikaya düşən sərnişinlər tez oturacaqlarını tərk edirlər.

Daha sonra stüardessa plastik butulkadan istifadə edərək ilanı tutmağa çalışsa da, bacarmır. Adam zibil torbasını açır və sürünənləri butulkayla torbaya atır.

Daha sonra hava limanının yer mühafizəsi təyyarəyə minərək ilanın tutulduğu kabinə sahəsinə baxış keçirib.

NƏRGİZ